Türkiyə və Azərbaycanın düşmənlərini qorxuya salan MÖHTƏŞƏM LAYİHƏ

18:10 20.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Azərbaycanla birgə hava komandanlığı idarəetmə sisteminin yaradılması layihəsini açıqlayıb.

“Türkiyə və Azərbaycan HAKİM hava komandanlığı idarəetmə sisteminin birgə layihəsini həyata keçirirlər”, - deyə Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi Haluk Görgün bildirib.

O qeyd edib ki, “HAKİM hava komandanlığı sistemi layihəsi Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə həyata keçirdiyi ən mühüm layihələrdən biridir. Bu layihə ilə hər iki ölkənin Hərbi Hava Qüvvələri birgə əməliyyatlar həyata keçirməklə yanaşı, Azərbaycanın hava məkanına nəzarət edə biləcək”.

Görgün vurğulayıb ki, bu layihə tam şəkildə həyata keçirildikdə, birgə hava məkanına nəzarət zonası Egey dənizindən Xəzər hövzəsinə qədər olan ərazini əhatə edəcək.

Siyasət rubrikasından digər xəbərlər