Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri arasında növbəti toplantı keçiriləcək

21:15 19.04.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə və Yunanıstan Müdafiə nazirlikləri arasında qarşılıqlı etimadın artırılması tədbirlərinə dair dördüncü tur toplantının keçirilməsinə dair razılıq əldə edilib.

Hafta.az xəbər verir ki, bununla bağlı Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Açıqlamada qeyd edilir ki, planlaşdırılan toplantının keçirilmə tarixi və digər detalları barədə yaxın vaxtlarda məlumat veriləcək.