Türkiyə XİN Zəfər Günü münasibətilə Azərbaycanı TƏBRİK EDİB

10:59 08.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycanı təbrik edib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə XİN-in "Twitter" səhifəsində paylaşım edilib.

Paylaşımda qeyd edilir: "İşğal altındakı torpaqlarını qəhrəmancasına bir mübarizə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edirik.

Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə daimi sülh və sabitlik ümidlərinə səbəb olub.

Türkiyə işğaldan azad olunan ərazilərin yenidən qurulması və inkişafı da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın inkişafı üçün Azərbaycanla koordinasiyalı şəkildə fəaliyyət göstərməyə davam edəcək".

Siyasət rubrikasından digər xəbərlər