Türkiyədə 136 nəfər COVID-in qurbanı oldu

23:18 16.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 136 nəfər ölüb.

 

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.


Nazirliyin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 364 min 426 nəfərin test edildiyi, 54 min 100 nəfərin testinin pozitiv nəticə verdiyi, 68 min 895 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

Oxunma sayı 38