Türkiyədə bərpa olunan enerjinin payı 27 faizə yüksəltdi

10:05 25.09.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə xarici enerjidən asılılığı azaltmaq üçün bərpa olunan enerjidə quraşdırılmış gücünü artırır. Bu çərçivədə külək və günəş enerjisi sahəsində davamlı olaraq yeni layihələr həyata keçirir. Özəl sektor da yaşıl enerjiyə keçiddə yeni addımlar atır. Sənaye təşkilatları günəş və külək enerjisindən daha çox istifadə edirlər. Günəş və külək elektrik stansiyalarına daim yeniləri əlavə edilir. Son məlumatlara görə, Türkiyənin külək və günəş enerjisində quraşdırılmış gücü 30 min meqavattı keçib. Enerji istehsalında külək və günəş enerjisinin payı 27 faizə çatıb.

Hafta.az-ın yazdığına görə, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar sosial media hesabından verdiyi açıqlamada Türkiyənin külək və günəş enerjisində quraşdırılmış gücünü artırdığını açıqlayıb.

Avqustun sonu ilə bağlı rəqəmləri paylaşan Bayraktar, Türkiyənin külək və günəş enerjisində quraşdırılmış gücünün 30 min meqavatı keçdiyini bildirib.

Bayraktar paylaşımda, "Külək və günəş enerjisinin ümumi qurulan gücdə payı yüzdə 27-yə çatdı. Yenilənə bilən enerjidə güclənirik" deyib.

Məlumatları infoqrafika ilə izah edən Bayraktar Türkiyənin quraşdırılmış günəş enerjisi gücünün 18478 meqavata çatdığını bildirib. Külək enerjisində quraşdırılmış güc 12342 meqavat olub. Külək və günəş enerjisinin ümumi quraşdırılmış gücü 30820 meqavata yüksəlib.