Türkiyədə daha 157 nəfər koronavirusdan ölüb

22:59 13.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə son sutka ərzində yeni növ koronavirusa yoluxan daha 157 nəfər vəfat edib.

Hafta.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, son 24 saatda COVID-19-la əlaqədar 285 242 nəfərdən test götürülüb, bunlardan 21 372-si müsbət çıxıb.

Bundan əlavə, sutka ərzində koronavirusa yoluxan 16 492 nəfər sağalıb.