Qardaş ölkə Türkiyənin Qara dəniz sularında daha bir qaz yatağı kəşf edilib.
Hafta.az-ın yazdığına görə, "Trillion Energy" tərəfindən Qara dənizdəki təbii qaz yatağı ilə bağlı verilən şərhdə bildirlib ki, "Cənubi Akçakoca 2" müvəffəqiyyətlə tam dərinliyə qazılıb və bir çox potensial qaz daşıyıcı sahələr müəyyən edilib.
Şirkətin yaydığı açıqlamada deyilir ki, Qara dənizdəki "Cənubi Akçakoca 2" qaz yatağından ilkin qaz göstəriciləri çox yaxşıdır. Şirkət oktyabrın 15-də "Cənubi Akçakoca 2" təbii qaz yatağının 1543 metr həqiqi şaquli dərinliyi ilə ümumi dərinliyi 2826 metrə çatdığını açıqlayıb. Bildirilib ki, kəşf edilən qaz SASB qaz yatağında çoxlu quyu proqramlarından birincisidir.
Şirkətin qazma işləri zamanı qeydə alınan məlumatlarda, Akçakocadakı SASB hasilat sahəsində 5 quyuda 32 metr potensial təbii qaz sahəsinin olduğu və hər bölgənin təbii qazlı iki quyudan ibarət olduğu paylaşılıb. Bundan əlavə, qazma zamanı aşkar edilən digər qazlı quyularda və palçıq səthlərində təbii qazın aşkar edildiyi bildirilib.
Daha sonra, qarşıdakı günlərdə aşkarlanan təbii qazın hasilat nisbətlərini təyin etmək üçün tamamlanma, perforasiya və sınaqların aparılacağı açıqlanıb.
"Trillion Energy"nin baş direktoru Artur Halleran deyib: "Biz SASB-də çoxşaxəli proqramımızın ilk istiqamətli quyunu qazdığmız üçün şadıq. Biz bu quyuda həm sabit qrafikə, həm də büdcəyə uyğun qrafik əsasında fəaliyyət göstərmişik ki, bu da bizim böyük istiqamətli qazma konsepsiyamızın icrasını təsdiqləyir" deyən şirkət rəhbəri əlavə edib ki, qaz daşıyan zonaların əvvəlcədən müəyyənləşdirilmiş qalınlığı qazma sahələrini seçərkən istifadə edilən geoloji modeli artıq təsdiqləyib. O, nəticələri öyrənmək üçün həyəcanlandığını, indidən heç nə deyə ilməsə də, Türkiyəyə çatdırılası əla müjdə olacağını bildirib.