Türkiyədə daşqınlar nəticəsində 17 nəfər həlak olub - Ərdoğan

09:38 13.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin şimalında baş verən daşqınlar nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Hafta.az-ın məlumatına görə, bunu özünün "Twitter" səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.

T.Ərdoğan bildirib: "Kastamonu, Sinop və Bartın əyalətlərində 17 vətəndaşımızın daşqınlar nəticəsində həlak olması ilə əlaqədar başsağlığı verirəm".

Türkiyə Prezidenti qeyd edib ki, daşqınlar baş verən ərazilərdə intensiv işlər həyata keçirilir.