Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb - Ölənlər var

11:49 04.06.2024 Müəllif:Cəmilə Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Hafta.az xəbər verir ki, hadisə Kayseri vilayətində baş verib.

Verilən məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli təyyarə naməlum səbəbdən qəzaya uğrayıb. Nəticədə 2 hərbçi həlak olub.

Hazırda təyyarənin qəzaya uğramasının səbəbləri araşdırılır.