Yazını böyüt
Yazını kiçilt
Türkiyə Koronavirus Elmi Qərargahı tibbi maskalardan istifadə tələbi və karantin rejiminin ləğv edilməsi məsələlərini müzakirə etmək üçün sabah toplanacaq.
Hafta.az-ın məlumatına görə, qərargahda bütün qapalı məkanlarda tibbi maskalardan istifadə məcburiyyətinin aradan qaldırılması məsələsinə də toxunulacaq.
Bununla yanaşı, karantin rejimi müddətinin ləğv edilməsi məsələsinin də müzakirə olunacağı gözlənilir.