Türkiyədə koronavirusdan ölənlərin sayı 30-a yüksəlib

23:40 22.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Türkiyədə son bir gündə koronavirusdan 9 nəfər həyatını itirib, daha 289 nəfərdə isə koronavirus aşkarlanıb”.

Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” səhifəsində bildirib.

Qeyd edək ki, Türkiyədə koronavirusdan ölənlərin ümumi sayı 30-a çatıb. Ölkə üzrə virusa ümumilikdə 1256 nəfər yoluxub.

Oxunma sayı 167