Yazını böyüt
Yazını kiçilt
Türkiyənin İzmir vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində altı nəfər həlak olub.
Hafta.az türk mətbuatına istinadən xəbər verir ki, qəza zamanı 11 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə vilayətin Kamalpaşa rayonu ərazisində baş verib. Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.