Türkiyədə yaşayış binasında partlayış olub

12:33 04.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin cənub-şərqində yerləşən Şanlıurfa şəhərinin Akçakal rayonunda altımərtəbəli yaşayış binasında partlayış baş verib.

Hafta.az Anadolu Agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində azı 4 nəfər yaralanıb.

Partlayış nəticəsində evlərin tavanları qismən uçub, pəncərələr sınıb, binanın qarşısında dayanan avtomobillərə ziyan dəyib.

Hadisə yerinə polis, xilasetmə qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub.

Oxunma sayı 2004