Türkiyədə yeni NEFT YATAĞI KƏŞF EDİLDİ

09:20 05.12.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə böyük həcmdə yeni neft yatağının kəşf edilməsinə dair xəbərlər var.

Hafta.az-ın yazdığına görə, bu barədə "Sabah" qəzetinin yazarı Yavuz Donat TPAO-nun adının çəkilməsini istəməyən nümayəndələrinə istinadən bildirib. Qeyd olunur ki, yeni yataq Şırnak ərazisində, daha konkret desək Qabar dağlarındadır. Hazırda ərazidə daha 6 yeni quyunun açılması istiqamətində qızğın iş gedir. Yeni kəşflə bağlı müjdəli xəbəri uyğun vaxtda Prezident Rəcəb Tayyib Ərdoğan şəxsən elan edəcək.

Qeyd olunur ki, hazırda Şırnakdakı otel və qonaq evlərinin otaqları neft mühəndisləri ilə doludur. 2023-cü ilin ilk müjdəsi olaraq xalqa elan ediləcək neftin 250 milyard dollarlıq ehtiyyatının olduğu düşünülür. Hətta son tapılan neftin bu günədək Türkiyənin malik olduğu neft ehtiyyatlarından iki dəfə artıq olduğu bildirilir. 

Oxunma sayı 2340