Türkiyədə zəlzələ baş verib

10:38 13.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Çanaqqala vilayətində 4,3 bal gücündə zəlzələ baş verib.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:21-də Biga rayonunda qeydə alınıb. Zəlzələnin ocağı 12,12 kilometr dərinlikdə yerləşib.

 

 

 

Yeraltı təkanlar İstanbul, Balıkəsir və Bursa vilayətlərində də hiss olunub.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.