Türkiyədə zəlzələ olub

20:45 06.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İzmir şəhərində zəlzələ olub.

Hafta.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, İzmirin Karaburun rayonunda yerli vaxtla saat 19:09-da 4,1 bal gücündə zəlzələ baş verib.

Zəlzələnin episentri Egey dənizinin İzmirin Karaburun rayonundakı sahilində yerin 7,8 kilimetr dərinliyində qeydə alınıb.