Türkiyədə zəlzələdə BMT-nin 3 əməkdaşı həlak olub

23:19 15.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə zəlzələ nəticəsində BMT-nin 3 əməkdaşı həlak olub.

Hafta.az xəbər verir ki, bunu fevralın 15-də brifinq zamanı BMT baş katibinin nümayəndəsi Stefan Cüjarrik deyib.

"Hazırda zəlzələ zamanı ölən 3 əməkdaşdan xəbərimiz var. Onların hamısı Türkiyədə dünyasını dəyişib, bu ölkənin təmsilçiləri arasından olan işçilər olub", - deyə S.Cüjarrik bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.