Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-ə çatdı

12:20 16.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyədə zəlzələdə ölənlərin sayı 36 187-ə çatdı.

Hafta.az bu barədə Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.