Türkiyədəki yanğınları törədənlər məlum oldu

22:50 01.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu Türkiyədəki meşə yanğınlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Hafta.az xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

“Atəşin uşaqları” qrupunun sosial şəbəkə hesabında Türkiyənin müxtəlif bölgələrini əhatə edən yanğınların onlar tərəfindən törədildiyi etiraf edilib.

Qeyd edək ki, daha əvvəl Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən PKK üzvləri saxlanılıb. Hazırda faktla bağlı araşdırmalar aparılır.

Oxunma sayı 615