Türkiyədən Rusiyaya rekord ixrac

17:51 09.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Rusiyaya ixracı avqustda bir ayın ən yüksək səviyyəsinə yüksəlib.

Hafta.az-ın məlumatına görə, “Anadolu” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, Türkiyə malları və xammalının Rusiyaya satışı ötən ay illik müqayisədə 87,2% artaraq 738,5 milyon dollar olub. Hesabatda bu, Türkiyənin ümumi ixracatındakı 13,1 faiz artımla müqayisə edilir.

Rusiya Almaniya, ABŞ, İngiltərə, İraq və İtaliyadan sonra Türkiyə ixracatında altıncı ən əhəmiyyətli istiqamətə çevrilib.

Sənaye qrupları arasında Rusiyaya ən çox ixrac edilən məhsullar kimya, ikinci yerdə maşın və aksesuarlar, avtomobil məhsulları, təzə meyvə-tərəvəz, toxuculuq və xammal olub.