Qərbin sanksiyaları altında sıxıntı çəkən Rusiya ehtiyaclarını ödəmək üçün Türkiyə bazarına üz tutub. Bunun nəticəsidir ki, Rusiyanın Türkiyədən idxalı 2023-cü ildə 9,5 milyard dollara çatıb. Bu rəqəm Türkiyənin ÜDM-nin təxminən 1 faizini təşkil edir.
Hafta.az-ın yazdığına görə, Rusiya mediası Moskvanın Türkiyədən ən çox aldığı məhsullara diqqət yetirib.
Siyahının ilk pilləsində 154 milyon dollar tutarında yağ və yanacaq filtrləri dayanır. Bu məhsulun Türkiyədən Rusiyaya ixrac həcmi bir ildə 67 milyon dollar artıb.
İiftlər və konveyerlər 108 milyon dollarla (38 milyon dollar artaraq) ikinci yerdədir.
Rusiyanın Türkiyədən inşaat avadanlığı idxalı bir il ərzində 80 milyon dollardan 106 milyon dollara yüksəlib.
Türkiyənin Rusiyaya ən çox satdığı digər sənaye məhsulları aşağıdakı kimidir:
Hava nasosları və kompressorlar 100 milyon dollar (29 milyon dollar artır), boru kəməri fitinqləri 93 milyon dollar (42 milyon dollar artım).