Türkiyənin Azərbaycandakı səfiri vətəndaşlarımıza təşəkkür edib

20:21 11.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə baş vermiş güclü zəlzələdən əziyyət çəkən insanlara yardım göndərən Azərbaycan vətəndaşlarına təşəkkür edib.

Hafta.az xəbər verir ki, səfir bu barədə tviter hesabında paylaşım edib.

“Kədəriniz-kədərimizdir” deyərək altındakı döşəyi, üstündəki yorğanı, üzərindəki paltosunu və cibindəki pulu ölkəmizə göndərən bütün azərbaycanlı bacı-qardaşlarımız var olsun”, - deyə səfir qeyd edib.

Siyasət rubrikasından digər xəbərlər