Türkiyənin Hatay bölgəsindəki meşə yanğını yaşayış məhəllələrinə keçib

16:53 10.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 9-da Türkiyənin Hatay bölgəsində başlayan meşə yanğını yenidən güclənib.

Hafta.az xəbər verir ki, çoxistiqamətli müdaxiləyə baxmayaraq yanğın güclənib və sürətlə yayılmağa başlayıb. Bu gün səhər saatları alov yaşayış yerlərinə keçib. Arsuz rayonunun Nərgizlik və Karahüseyinli məhəllələrinə keçən yanğın səbəbindən bir evdə partlayışın baş verdiyi bildirilir. Yanğının söndürülməsi üçün ətraf vilayətlərdən əlavə qüvvələr cəlb olunur.