Türkiyənin hava limanları: 1 ayda 15 milyon sərnişin daşınıb

10:47 08.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Mart ayında Türkiyənin hava limanlarına 165329 təyyarə enib və ya uçuş edib. 2023-cü ilin mart ayı ilə müqayisədə təyyarə trafikində 10,6 faiz artım olub və 14 milyon 608 min sərnişinə xidmət göstərilib.

Hafta.az-ın yazdığına görə, bu rəqəmləri nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb. Martda daxili sərnişinlərin sayı 6 milyon 587 min, beynəlxalq sərnişinlərin sayı isə 7 milyon 992 min olub. Tranzit sərnişinlər də daxil olmaqla 14 milyon 608 min sərnişinə xidmət göstərilib.

2023-cü ilin mart ayı ilə müqayisədə sərnişinlərin sayı 7,7 faiz artıb.

2024-cü ilin birinci rübündə 195904 təyyarə daxili xəttlərdə, 157313-ü beynəlxalq xətlərdə hava limanlarına enib və ya qalxıb.

Ölkədaxili sərnişin dövriyyəsi 20 milyon 705 minə, beynəlxalq sərnişin dövriyyəsi 23 milyon 153 minə çatıb. Tranzit sərnişinlər də daxil olmaqla, sərnişinlərin sayı 43 milyon 905 minə yüksəlib. Bu da 2023-cü illə müqayisədə 14 faiz artım deməkdir.