Türkiyənin iyulda xarici ticarəti 56 milyard 321 milyon dollar olub

12:35 28.08.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Statistika Təşkilatı (TÜİK) və Ticarət Nazirliyinin açıqladığı məlumatlara görə, iyul ayı xarici ticarət rəqəmləri güclü ixrac performansından xəbər verir. Buna görə Ümumi Ticarət Sistemi (GTS) çərçivəsində ixrac iyulda keçən ilin eyni ayına görə 11 faiz artaraq 24 milyard 938 milyon dollara, idxal isə 5,4 faiz artaraq 31 milyard 383 milyon dollara çatıb.

Hafta.az-ın yazdığına görə, xarici ticarət kəsiri iyulda keçən ilin eyni ayı ilə müqayisədə 11,8 faiz azalaraq 6 milyard 444 milyon dollara düşüb.

2024-cü ilin iyul ayında 75,5 faiz olan ixrac-idxal əhatə nisbəti keçən ay 79,5 faiz olaraq təyin olundu. Yanvar-iyul dövründə xarici ticarət kəsiri 12,2 faiz artıb.

Yanvar-iyul dövründə ixrac ötən ilin eyni dövrü ilə müqayisədə 5,1 faiz artaraq 156 milyard 317 milyon dollar, idxal isə 6,9 faiz artaraq 212 milyard 220 milyon dollar olub.

Yanvar-iyul dövründə xarici ticarət kəsiri 12,2 faiz artaraq 55 milyard 903 milyon dollar olub.

İxrac-idxalın əhatə dairəsi 2024-cü ilin yanvar-iyul aylarındaki 74,9 faizdən bu ilin eyni dövründə 73,7 faizə enib.

Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla ixrac iyul ayında 12,8 faiz artaraq 20 milyard 492 milyon dollardan 23 milyard 108 milyon dollara yüksəlib. Enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla idxal iyulda 7,7 faiz artaraq 23 milyard 482 milyon dollardan 25 milyard 289 milyon dollara qalxıb. Xarici ticarət kəsiri, enerji məhsulları və qeyri-monetar qızıl istisna olmaqla, iyulda 2,181 milyard dollar olub.

Xarici ticarətin həcmi 10,1 faiz artaraq 48,397 milyard dollara yüksəlib. Enerji və qızıl istisna olmaqla, ixracın idxala nisbəti həmin ayda 91,4 faiz səviyyəsində qeydə alınıb.