Rusiya Taxıl İxracatçıları Birliyi bəyan edib ki, Türkiyə 2023-2024-cü kənd təsərrüfatı ilinin ilk yarısında alışlarını azaltsa da, Rusiya taxıl ixracında lider mövqeyini qoruyub.
Hafta.az-ın yazdığına görə, Birliyin açıqlamasında, Türkiyənin 2023-cü ilin iyul-dekabr dövründə Rusiyadan 4 milyon 281 min ton taxıl aldığı bildirilib. Bu, ötən kənd təsərrüfatı ilinin müvafiq dövrü ilə müqayisədə (4 milyon 903 min ton) 12,7 faiz azdır.
İran alışını 4,9 faiz artıraraq 3 milyon 902 min ton taxıl alaraq ikinci yeri tutarkən, Misir alışını 25 faiz azalaraq 2 milyon 956 min ton taxıl idxalı ilə üçüncü yerə düşüb.
İlk beşlikdə 2 milyon 9 min ton taxıl alışı ilə Səudiyyə Ərəbistanı (10,2 faiz artım) və 1 milyon 966 min ton taxıl alışı ilə Banqladeş (150 faiz artım) qərarlaşıb.