Türkmənistan Hava Yolları avqustun 1-dən etibarən Aşqabaddan Moskvaya gediş-gəliş avia reyslərini dayandırıb. Uçuşların nə vaxt bərpa ediləcəyi isə məlum deyil.
Hafta.az-ın yazdığına görə, Türkmənistanın paytaxtından Kazan vasitəsilə Rusiyaya müvəqqəti uçuşlar planlaşdırılır. Qərar uçuşların təhlükəsizliyi riskləri və Moskva hava zonasındakı vəziyyətlə izah edilir.
“Moskva regionunda hava şəraiti, habelə uçuşların təhlükəsizliyini təmin etmək üçün risklərin qiymətləndirilməsi əsasında Türkmənistan Hava Yollarının Aşqabad-Moskva-Aşqabad istiqamətində bütün reysləri 2023-cü il avqustun 1-dən dayandırılacaq və reys Aşqabad-Kazan-Aşqabad marşrutu ilə əvəz ediləcək”, - məlumatda deyilir.
Türkmənistandan Rusiyaya uçuşlar Aşqabaddan Moskvaya və Kazana olaraq həyata keçirilir.