Yazını böyüt
Yazını kiçilt
Bu gün səhər saatlarında Türkiyədə Trabzon hava limanına enən və hardan gəldiyi bəlli olmayan döyüş təyyarələri yerli camaatda çaşqınlıq yaradıb.
Hafta.az-ın yazdığına görə, amma sonradan yayılan məlumatlara əsasən məlum olub ki, həmin təyyarələr Türkmənistana məxsusdur. Bildirilir ki, Türkmənistanın İtaliyadan satın aldığı "Leonardo M-346FA" tipli həmin hücumçu təyyarələr Trabzona yanacaq doldurmaq üçün eniş ediblər.
Cüt kabinəli təyyarələrin pilotlarının 3-ü italiyalı, 3-ü isə türkməndir. Döyüş təyyarələri yanacaq doldurduqdan sonra Türkmənistana uçmaq üçün Trabzondan havaya qalxıblar.