U-17 millimiz Özbəkistanla yoldaşlıq oyunu keçirib

15:21 30.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində növbəti yoldaşlıq oyununu keçirib.

Hafta.az xəbər verir ki, Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 3:0 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, komandalar arasında iyulun 26-da keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi.