U-21 milimiz Estoniya üzərində qələbə qazandı

21:15 25.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün Avro-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Hafta.az xəbər verir ki, serbiyalı Milan Obradoviçin rəhbərlik etdiyi komanda A qrupunda Estoniyanı qəbul edib. Matç yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, millimiz 7 oyundan sonra 4 xalla qrupda 5-cidir. Estoniyanın isə xalı yoxdur və qrup sonuncusudur.

21 yaşadək futbolçular arasında AVRO-2023-ün seçmə mərhələsi
A qrupu

Azərbaycan - Estoniya - 3:0
Qollar: 
Musa Qurbanlı, 44, 66, Abdullah Xaybulayev, 88