U-21 millimiz böyük hesabla uduzub

22:45 07.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

Hafta.az xəbər verir ki, Milan Obradoviçin baş məşqçisi olduğu komanda Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandasının qonağı olub və 0:3 hesabı ilə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması hazırda 7 xalla sonuncu - 5-ci pillədə qərarlaşıb. Siyahıya 19 xalla Xorvatiya başçılıq edir. Finlandiya 19 xalla 2-ci, Norveç 18 xalla 3-cü, Avstriya 16 xalla 4-cüdür.

Əlavə edək ki, yığmamız növbəti görüşünü iyunun 14-də səfərdə Norveçə qarşı keçirəcək.

7 iyun

Avro-2023, seçmə mərhələ

Finlandiya - Azərbaycan - 3:0 
Qollar: 
Skottya 50, Antmann 55, Sadiku 79
Reallaşdırılmayan penalti: Musa Qurbanlı 48 (qapıçı)