Üç yaşlı uşaq su arxında batıb

21:48 23.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaşda 3 yaşlı uşaq su arxında batıb.

DİN-in Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, bugün saat 16 radələrində Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayevin yaşadığı evin yaxınlığındakı su arxına düşməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Polis, prokurorluq və FHN əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Oxunma sayı 1467