Ucarda vətəndaşların daşınmaz əmlak sahəsində müraciətləri dinlənilib

17:48 16.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova Ucarda Göyçay, Ucar, Zərdab və Kürdəmir rayonlarının sakinləri ilə görüşüb.

Hafta.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadla xəbər verir ki, görüşdə iştirak edənlər daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qeydiyyatı, kadastrı, sərhədlərinin dəqiqləşdirilməsi, torpaqların təyinatının dəyişdirilməsi, mülkiyyətçilərə onlara məxsus torpaqların naturada (yerində) tanıdılması, islahat zamanı ayrılmış pay torpaqlarının qeydiyyatı zamanı qarşıya çıxan uyğunsuzluqların aradan qaldırılmasına və dürüstləşdirilmə işlərinin sürətləndirilməsinə dəstək göstərilməsi və digər məsələlər barədə müraciət ediblər.

Görüşdə qaldırılan bəzi məsələlər həllini tapıb, araşdırılması tələb olunan müraciətlərin mütəxəssislərin iştirakı ilə yerində baxılması qərara alınıb, qanunvericiliyin tələbləri izah olunub.