Uçqunda xəsarət alanların son DURUMU-YENİLƏNİB

21:44 29.11.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Masazırda uçqun nəticəsində xəsarət alanların durumu açıqlandı.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, 29 noyabr 2024-cü il tarixində saat 17:20 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına iki nəfər (kişilər) hospitalizasiya edilib.

“1984-cü il təvəllüdlü şəxs sağ baldır nahiyəsinin əziyi diaqnozu ilə qəbul edilib. Ona lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti kafi qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıb.

1997-ci il təvəllüdlü digər şəxs isə döş qəfəsi və bel-oma nahiyəsinin əziyi diaqnozları ilə Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır kimi qiymətləndirilir”, - TƏBİB-dən bildirilib.

***

Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verib.

Hafta.az xəbər verir ki, bu haqda Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.

Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 29-da saat 15:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpə ərazisindən çağırış daxil olub.

Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:

"Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb. Xəsarət alan iki nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub".