Üçtərəfli Bəyanatdan sonra mina qurbanlarının sayı 333-ə çatıb

16:01 13.10.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”.

Hafta.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin paylaşımında bildirilib.

"Bu gün 1 mülki şəxs həlak olub, 1 nəfər isə yaralanıb və qurbanların sayı 333-ə çatıb.

Beynəlxalq ictimaiyyət bu təhlükəyə göz yummamalı və Ermənistanı mina basdırılan ərazilərin dəqiq xəritələrini verməyə çağırmalıdır, - məlumatda deyilir.