Üçtərəfli işçi qrup yenidən görüşəcək

12:27 02.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ermənistan, Rusiya və Azərbaycan baş nazirləri müavinlərinin həmsədrliyi ilə üçtərəfli işçi qrupun dekabrın 1-də keçirilən növbəti iclası yaxın günlərdə davam edəcək.


Hafta.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan bildirib.

“Nəticələr barədə yalnız iclasdan sonra danışmaq mümkün olacaq”, - deyə Baş nazirin müavini cavab verib.

 
Xatırladaq ki, sözügüdən işçi qrupu Cənubi Qafqazdakı bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzərində işləmək üçün yaradılıb.

Noyabrın 26-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Soçidə keçirilən üçtərəfli görüşünün yekunlarına əsasən, prezident Vladimir Putin baş nazir müavinlərinin Moskvada bir araya gələcəklərini bəyan etmişdi. 

Dünənki görüşdə liderlərin noyabrın 26-da razılaşdırdıqları qərarlar müzakirə olunub.

Qeyd olunur ki, ilin sonuna kimi iki ölkə arasında delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması planlaşdırılır.

Oxunma sayı 95
Gündəm rubrikasından digər xəbərlər