UEFA bu bölgədə oyun keçirməyi qadağan etdi

11:39 26.06.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

UEFA İcraiyyə Komitəsi Dnestryanı bölgədə futbol matçlarının keçirilməsini qadağan edib. Qadağa qeyri-müəyyən müddətə, növbəti bildiriş gələnə qədər qüvvədədir.

 

Hafta.az xəbər verir ki, barədə UEFA-nın rəsmi saytı məlumat yer alıb.

 

Belə ki, Moldova çempionu "Şerif" Tiraspoldakı stadionunda avrokuboklarda çıxış edə bilməyəcək. Bu qərar Rusiya klublarının və komandalarının diskvalifikasiyası ilə bağlı əvvəlki qərarlara uyğun olaraq, eləcə də Ukraynadakı müharibə səbəbindən qəbul edilib.

 

“UEFA İcraiyyə Komitəsi yarışların fasiləsiz keçməsi üçün ümumi məsuliyyət daşıyır ki, bura şəraitin tam spektri bunu tələb etdikdə müəyyən bölgələrdə matçların keçirilməsinə müvəqqəti mane olmaq vəzifəsi daxildir. Çempionlar Liqasının birinci təsnifat mərhələsində oynayacaq “Şerif”ə, bölgədə oynama qadağası qüvvədə qaldığı müddətcə UEFA klub yarışlarında ev matçları üçün Dnestryanıdan kənarda alternativ oyun məkanları tapması təklif edilib”, - UEFA-nın açıqlamasında deyilir.

 

Qeyd edək ki, Çempionlar Liqasının təsnifat mərhələsinin ilk turunda “Şerif” bosniyalı “Zrinski” ilə qarşılaşacaq. Çempionlar Liqasının son mövsümü “Şerif” “Şaxtyor Donetsk” və “Real”ı məğlub edərək dördlükdə üçüncü olub.

Oxunma sayı 200