Ukrayna Bakıdan 500-600 km məsafədəki hərbi aerodromu vurdu...

16:49 30.07.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Rusiya Federasiyasının Şimali Osetiyada yerləşən Mozdok hərbi aerodromuna pilotsuz təyyarələr hücum edib.

 

Hafta.az “UNİAN”-a istinadla xəbər verir ki,  Rusiyanın telegram- kanalları hücumun nəticələrini əks etdirən video-görüntülər dərc edib.

 

Göydə hava hücumundan müdafiə raketlərinin buraxılış izlərinin göründüyü bildirilir. İlkin məlumatlara görə, dağıntı və tələfat olmayıb.

 

Respublikanın rəhbəri Sergey Menyaylo Rusiya hakimiyyəti üçün  ənənəvi olaraq dronların məhv edilməsi barədə məlumat verib. Onun sözlərinə görə, Şimali Osetiyanın Mozdok bölgəsində iki pilotsuz təyyarə vurulub.

 

Qısa arayış:

 

Məlum olduğu kimi, ötən ilin yayında Mozdok aerodromunda Ukraynaya raket hücumları həyata keçirən uzaqmənzilli "Tu-22M3" bombardmançı təyyarələri yerləşdirilməyə başlanıb.

 

2024-cü ilin yanvarında bildirilirdi ki, Rusiya Federasiyası orada sistemli şəkildə Ukrayna ərazisinə növbəti hücumlar üçün raketlər hazırlayır və aerodromu vurmaq qorxusundan rus işğalçıları aerodromda yalançı hədəflər də yerləşdirməyə başlayıblar.

 

Qeyd edək ki, Şimali Osetiyanın Mozdok şəhəri Bakıdan avtomobil yoluyla məsafə 652 km, düz xətlə isə 568 km-dir...