“Rusiya prezidenti Vladimir Putinin müharibəsində atəşkəs razılaşması əldə olunmasa” Ukrayna dünya xəritəsindən silinə bilər. Hafta.az xəbər verir ki, bunu Sky News-a müsahibəsində Pentaqonun keçmiş baş müşaviri və istefada olan ordu polkovniki Duqlas Makqreqor deyib.
“Bu [müharibə] nə qədər çox davam edərsə, nə qədər çox insan lazımsız yerə öldürülərsə, Ukraynaya bir o qədər çox ziyan dəyəcək”, – Makqreqor əlavə edib.
ABŞ müdafiə nazirinin keçmiş müşaviri həmçinin qeyd edib ki, onun fikrincə, Putin Ukrayna münaqişəsini “buraxmaq fikrində deyil” və Rusiya prezidentinin “heç vaxt bütün Ukrayna ilə maraqlanmadığını” bildirib.
“O, getməyəcək, bundan söhbət gedə bilməz. Bu, nə qədər çox davam edərsə, daha geniş regional müharibənin baş vermə ehtimalı bir o qədər çox olar”, - deyə Pentaqonun keçmiş müşaviri əlavə edib.