Ukrayna ilə bağlı hansısa razılığın əldə olunması çox realdır…-TOFİQ ZÜLFÜQAROV

11:52 02.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Rusiya-Ukrayna gərginliyində, zənnimcə, iki başlıca mövzu mövcuddur. Əsasən Qərb və Rusiya arasında müəyyən silahların yerləşdirilməsi məsələsi gündəmdədir”.

Bu fikri Hafta.az-a açıqlamasında “Rusiya-Ukrayna gərginliyi ilə bağlı gəldiyiniz son nəticələr nədən ibarətdir” sualını cavablandıran keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov ifadə edib.

“Söhbət orta mənzilli raket sistemlərindən gedir. Moskva NATO-dan tələb edir ki, həmin sistemlərin yerləşdiyi məntəqələr Rusiyanın siyasi və iqtisadi mərkəzlərindən elə məsafədə olmalıdır ki, onların uçuş vaxtı qısa olmasın”- deyən politoloq ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı hansısa bir razılığın əldə olunmasının reallığından bəhs edib.

“Digər məsələ isə Ukraynanın NATO-ya üzvlüyü mövzusudur. Bu isə artıq həll edilmiş hesab oluna bilər. Çünki təxminən 15-17 ildir ki, Baltikyanı ölkələr NATO-nun üzvləridir.  Amma onların ərazisində zərbə endirən raket sistemləri, nüvə başlıqlı daşıyıcılar yerləşdirilməyib.  Yəni bu baxımdan ABŞ və Rusiya arasında Ukrayna ilə bağlı da hansısa bir razılığın əldə olunması, hesab edirəm ki, çox real bir variantdır” –deyə Azərbaycanın keçmiş baş diplomatı bildirib.