Ukrayna Konstitusiya Məhkəməsi dini qurumların adlarının qanuni dəyişdirilməsini tanıyıb.
“Ukrayna Konstitusiya Məhkəməsi dini qurumların tam adı ilə bağlı iş üzrə qərar çıxararaq, “Vicdan azadlığı və dini qurumlar haqqında” Ukrayna Qanununun 12-ci maddəsinə edilən dəyişikliklərin konstitusiyaya uyğun olduğu qənaətinə gəlib”, - deyə bildirilir.
Qərar 49 ukraynalı deputatın müraciətindən sonra qəbul edilib. Qanunun qəbulundan sonra Ukrayna Mədəniyyət Nazirliyi bəzi dini qurumlardan adlarının dəyişdirilməsini tələb edib - lakin kanonik Ukrayna Pravoslav Kilsəsi (UOK) bu tələbi yerinə yetirməkdən imtina edib və birinci instansiya və apellyasiya məhkəməsində qalib gəlib.
Mədəniyyət Nazirliyinin Ali Məhkəməyə verdiyi kassasiya şikayətinə baxılıb və birinci instansiyanın qərarının qüvvədə saxlanılmasına qərar verilib.