Rusiya ordusunun Ukraynaya genişmiqyaslı hücuma başladığı 24 fevral 2022-ci illə 30 iyun 2025-ci il tarixləri arasında ümumi itkiləri ən azı 1,2 milyon əsgər olub ki, bunun da 1070 nəfəri sazədə son bir sutkada öldürülüb.
Hafta.az-ın yazdığına görə, Ukrayna Baş Qərargahının dünənki açıqlamasında Rusiya işğalçılarının son 24 saat ərzində Ukraynada təxminən 1070 əsgər, 3 helikopter, 4 tank, 7 zirehli döyüş maşını, 29 artilleriya sistemi, 1 hava hücumundan müdafiə sistemi, 2 raket qurğusu, 85 nəqliyyat vasitəsi və yanacaq çəni itirdiyini açıqlayıb.
Digər tərəfdən, Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya 24 fevral 2022-ci illə 30 iyun 2025-ci il tarixləri arasında ümumilikdə 10980 tank, 22922 zirehli döyüş maşını, 29718 artilleriya sistemi, 1427 reaktiv yaylım atəşi sistemi, 1190 hava hücumundan müdafiə sistemi, 420 döyüş təyyarəsi, 340 helikopter, 42796 operativ və taktiki İHA, kəşfiyyat təyyarələri, 28 döyüş gəmisi/qayıq, 1 sualtı qayıq, 53593 nəqliyyat vasitəsi və yanacaq çəni, 3921 xüsusi hərbi texnika itirib.