Ukrayna ordusu əks-hücuma başladı - Rusiya hərbçiləri qaçır...

18:20 25.02.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Luqansk vilayəti Belovodsk bölgəsində qoşunlarımız rus işğalçılarına qarşı əks-hücuma keçib.  Ukrayna Silahlı Qüvvələri düşmən mövqelərini yarıb”.

Hafta.az xəbər verir ki,  bu  Birləşmiş Qüvvələr Əməliyatının(Donbas və Luqansk ətrafındakı Ukrayna ordu birlikləri belə adlanır-S.L.) mətbuat xidməti “Facebook” səhifəsində yaydığı məlumatdandır.

"Bu gün günorta saatlarında Belovodsk vilayətində ukraynalı əsgərlər rus işğalçılarına qarşı vuruşublar. Bölmələrimiz işğalçıların mövqelərini yarıb və uğurlarını əks-hücumla möhkəmləndiriblər. Xeyli itkilər verən Rusiya ordu bölmələri döyüş meydanından Rusiya sərhədi istiqamətində qaçmağa başlayıb”, - məlumatda belə deyilir.