Putinin keçmiş dostu və milyarder Sergey Puqaçov Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi ilə bağlı hadisələrin necə inkişaf edə biləcəyini proqnozlaşdırıb. O, Ukrayna Silahlı Qüvvələrinin “Moskvaya çatacağını” istisna etmir, lakin bu halda Rusiya Federasiyasının prezidenti nüvə şantajına əl atacaq.
Hafta.az “UNİAN”a istinadla xəbər verir ki, Puqaçov bu barədə ukraynalı jurnalist Alesya Batsmana müsahibəsində danışıb.
Onun sözlərinə görə, birinci variant “sülhə məcburetmə”dir. Yəni Qərb Ukrayna və Rusiya prezidentlərini sülhə, Kiyevin ərazi güzəştləri ilə müqavilə imzalamağa məcbur edəcək. Batsman dərhal cavab verdi: "Zelenski buna imza atmayacaq".
Puqaçovun sözlərinə görə, ikinci variant Ukrayna ordusunun güzəştsiz qələbəsidir.
“Bilmirəm, müharibə harda, hansı ayırma xəttində bitəcək... Bu gün gördüklərimə görə, Moskvanın hansısa tərəfində bitə bilər...” - Putinin keçmiş dostu belə deyib.
Jurnalist Ukrayna ordusunun Kremlə çata bilib-bilməyəcəyi sualına da aydınlıq gətirib. Milyarder “Ola bilər”- deyə cavab verib.
Lakin eyni zamanda, Puqaçov qeyd edib ki, ikinci variantda Putin nüvə şantajından istifadə edə bilər.
"Tərəzinin üzərində olan, sadəcə, bu nüvə potensialıdır. Müəyyən bir anda, hər şey pis gedərkən Putin Baydenə zəng vuraraq deyəcək: "Əgər NATO tankları bir metr də getsələr, bizim itirəcəyimiz heç bir şey yoxdur, raketlər sizin istiqamətdə uçacaq”, - deyə Rusiya prezidentinin keçmiş dostu yekunlaşdırıb.