Yazını böyüt
Yazını kiçilt
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Ukrayna bölmələrinin Dnepr çayının sol sahilinə çıxarılmasına baxmayaraq, Rusiya ordusunu qiymətləndirməmək doğru deyil.
“Biz Rusiyanı qiymətləndirməmək kimi səhvə yol verməməliyik. Rusiya silahlı qüvvələri əhəmiyyətli imkanları, çoxlu sayda şəxsi heyəti saxlayır. Növbəti aylar çətin olacaq" deyə Stoltenberq Hollandiya Xarici İşlər Nazirliyinin rəhbəri və ölkənin hərbi idarəsinin rəhbəri ilə keçirdiyi mətbuat konfransında bildirib.
O, Ukrayna silahlı qüvvələri üçün hərbi təchizatın həcmini yenidən artırmağa çağırıb.