Yazını böyüt
Yazını kiçilt
Rusların Ukraynaya girişinə 100 il qadağa qoyulmasını tələb edən petisiya Ukrayna prezidenti Vladimir Zelenskinin ofisinin saytında yerləşdirilib.
“Rusiya vətəndaşlarının Ukraynaya girişini qadağan edin. Ölkəyə giriş qadağasının müddəti 100 ildir”, – müraciətin mətnindən belə çıxır.
Hazırda 60-dan çox insan tərəfindən dəstəklənən petisiya noyabrın 15-də dərc edilib. Müraciətin mətnində başqa təfərrüatlar göstərilməyib.
Müraciətə Ukrayna prezidenti tərəfindən baxılması üçün onun 25 min imza barajını keçməsi lazımdır.