Rusiya Prezidenti Vladimir Putinə qarşı müxalifəti ilə tanınan şahmatçı və insan haqları fəalı Harri Kasparov demokratik ölkələrin ümidsizliyə qapıla bilməyəcəyini vurğulayıb, hər kəsə Putinin 25 ildir hakimiyyətdə olduğunu və imperialist planları barədə açıq olduğunu xatırladıb.
Hafta.az-ın yazdığına görə, o, ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanmış 28 maddəlik sülh planını və NATO-nun hazırkı mövqeyini sərt şəkildə tənqid edib. "Əlbəttə ki, sövdələşmə predmeti olan sözdə sülh planı haqqında çox şey demək olar. Bu məsələ ilə bağlı danışıqların əsas səbəbini bilirik: bu planın sülhlə heç bir əlaqəsi yoxdur, o, yalnız onun arxasında duranların maddi maraqlarına xidmət edir", - deyən Kasparov əlavə edib: "Nə qədər silah-sursatınız olmasının fərqi yoxdur, əsas məsələ: döyüşməyə və ölməyə hazırsınız?".
Kasparov NATO-nun "saxta" təşkilat olduğunu və onun "zəifliyini" vurğulayaraq deyib: "Hələ də burada oturub NATO-nu qeyd etməyinizin səbəbi Ukraynanın dəqiqəbədəqiqə qanaxmasıdır. Əgər Ukrayna Rusiyaya qarşı durmasaydı, Rusiya tankları çoxdan Polşada olardı".
Kasparov Ukraynanın dörd ildir ki, bütün Avropa üçün müharibə apardığını deyib: “NATO Əfqanıstana və ya Suriyaya getmək üçün deyil, yalnız müharibə üçün, azad Avropanı Rusiya hücumlarından qorumaq üçün yaradılıb. Ukrayna bu müharibədə vuruşan yeganə ölkədir və biz hələ də Ukraynanı (NATO-ya) qəbul edib-etməməyi müzakirə edirik. Ukrayna NATO-nun məqsədini yerinə yetirən yeganə ölkədir və Ukraynaya olan borcumuz böyükdür”.
Kasparov sülh planının Putin və Si Cinpin kimi şəxslər tərəfindən müsbət qarşılandığını qeyd edib. O, auditoriyaya kubalıların, afrikalıların və könüllülərin Rusiyanın tərəfində vuruşduğunu xatırladaraq deyib: “Bizdə hər şey var: Hərbi, siyasi və iqtisadi güc var, amma yenə də müharibəni uduzuruq”.
Kasparov bildirib ki, Putinin Rusiya İmperiyasını bərpa etmək arzusunu gerçəkləşdirməməsində Ukrayna məsuliyyət daşıyır. “Ümid edirəm ki, bu ssenari bizim başımıza gəlməz, amma Ukrayna bu müqaviləni imzalamağa məcbur olarsa, Putinin arzusunu gerçəkləşdirəcəyi gün kimi aydındır. Ukraynadan sonra növbəti hədəf sizsiniz, amma döyüşməyə dəyməz”.