Ukrayna Silahlı Qüvvələrində 67 min qadın xidmət edir

13:48 11.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukrayna müdafiə nazirinin müavini Nataliya Kalmıkova bildirib ki, Ukrayna Silahlı Qüvvələrində (AFU) 67 min qadın var, onlardan 48 mini hərbçi, 19 mini mülki işçilərdir və müharibə başlayandan bəri orduda qadınların sayı artıb.

Hafta.az-ın müdafiə nazirinin müavininin sözlərinə istinadən yazdığına görə, Ukrayna Silahlı Qüvvələrində bir çox qadın pilotsuz təyyarələr idarə edir və ya artilleriya ekipajlarına komandanlıq etməkdə maraqlıdır.

Yanvarda Ukrayna prezidenti Vladimir Zelenski ölkə ordusunun 880 min nəfərdən ibarət olduğunu bildirmişdi.

Oxunma sayı 132