Ukrayna üçün “sülh planı” dörd regionun Rusiya kimi tanınmadan mümkün deyil - Peskov

19:48 28.12.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, Ukraynadakı münaqişənin həlli üzrə sülh planı “indiki reallıqlar” nəzərə alınmadan mümkün deyil.

"Kommersant" xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Rusiya üçün yeni regionlar tanımayana qədər vəziyyəti diplomatiya yolu ilə həll etmək mümkün olmayacaq.

Peskov jurnalistlərə deyib: “Bu reallıqları nəzərə almayan heç bir plan sülhpərvər olduğunu iddia edə bilməz”.