Yazını böyüt
Yazını kiçilt
“Ukrzaliznitsa” bu həftə Ukraynanın nəzarəti altına qayıdan Xersonla sərnişin daşımalarının bərpasına hazırlıq barədə danışıb.
"Vağzal yerindədir. İnsanlar gözləyir. Deməli, tezliklə Xersona qatar gələcək", - şirkətin rəhbəri Aleksandr Kamışin bazar günü gecə teleqram kanalında yazıb.
"Minatəmizləmə işləri sürətlə gedir, lakin hələ də vaxt tələb edir. Zədələnmiş relslər və xarab vaqonlar tez bir zamanda təmir olunacaq", - o, söz verib.